Interposta.Info

Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir - "Zelenskinin yolu ilə gedir"

Siyasət
 18-10-2023, 14:48     18 654


Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir.

APA xəbər verir ki, bu barədə TASS Moskvadakı yüksək çinli mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Paşinyan böyük addımlarla Zelenskinin yolu ilə gedir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı "Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə "Ukrayna nömrə 3”-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir”, - mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26