Interposta.Info

Paşinyan: “Mehri dəmir yolunu bərpa etməyə hazırıq”  

Dünya
 17-10-2023, 16:22     19 840

“Rəsmi İrəvan Ermənistanın cənubunu Azərbaycanla, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan bölgəsini birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək.
O əlavə edib ki, Ermənistan öz ərazisindən beynəlxalq tranzit daşımaları, boru kəmərləri və elektrik xətləri çəkilməsini təmin etməyə hazırdır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26