Interposta.Info

İlham Əliyevlə Paşinyan Rusiyada görüşə bilər: Moskva və ya Soçi...

Siyasət
 24-10-2022, 11:41     346


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vedomosti” qəzeti öz diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş oktyabrın son günlərində baş tuta bilər. Üçtərəfli görüşün keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

"Çox güman ki, seçim Soçinin üzərinə olacaq", deyə xəbərdə bildirilir.

Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında son görüş 6-7 oktyabr tarixlərində Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin edib.

Xatırladaq ki, Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26