İran BMT Komissiyasından çıxarıldı

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) qadınların hüquqlarını pozduğuna görə İranın BMT-nin Qadın Statusu Komissiyasından çıxarılmasını nəzərdə tutan ABŞ qətnaməsinin lehinə səs verib.
Səsvermə zamanı 28 ölkə qəraın lehinə, 8-i isə əleyhinə çıxıb. 16 dövlət bitərəf qalıb.
Qətnamədə deyilir ki, Şura "İran hökumətinin 2022-ci ilin sentyabrından bəri qadın və qızların təməl hüquqlarının, o cümlədən ifadə azadlığı hüququnun daima zəiflədilməsi və boğulmasına yönəlmiş hərəkətlərindən ciddi narahatlığını ifadə edir”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26