Interposta.Info

İran parlamentində Azərbaycanla bağlı qanun qəbul edildi

Siyasət
 5-10-2017, 07:34     8 032

İran Parlamentində Azərbaycan və İran arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üzrə əməkdaşlıq haqqında qanun layihəsi ratifikasiya olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bir müqəddimə və 21 maddəlik qanun layihəsi parlamentdə 224 nümayəndədən 169-u lehinə, 3-ü əleyhinə və 5-i bitərəf olmaqla qəbul olunub.

Sənədə əsasən hər hansı bir ölkədə fövqəladə hallar baş verdiyi və yaxud təhlükə yarandığı halda, qarşı tərəfin istəyinə uyğun olaraq tərəflər bir-birlərinə yardım edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26