Interposta.Info

Moskvadan Qarabağla bağlı rəsmi açıqlama

Siyasət
 21-11-2022, 20:26     93

Ermənistanla Azərbaycan arasındakı münaqişə KTMT-nin səlahiyyətlərinə aid deyil.

"İnterPosta" xəbər verir ki, bunu "Arqumentı i faktı” qəzetinə müsahibəsində Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, KTMT-yə üzv olan ölkələrin hər biri təşkilata münasibətini müstəqil şəkildə müəyyənləşdirir: "Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə təşviq edirik. Üstəlik, bizim səylərimiz hər iki tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyini tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”.

"Məsələn, Qərbin Ukrayna münaqişəsində birmənalı mövqe tutması onun nizamlanmasına hansısa şəkildə töhfə verdimi? Xeyr, yalnız onu gərginləşdirdi. Türkiyənin və ya Çinin, digər güclü oyunçuların daha balanslı mövqeyinə baxın. Mən eyni Türkiyənin siyasətini ideallaşdırmıram - Ermənistan-Azərbaycan münaqişəsində o, bir tərəfin mövqeyini dəstəkləyib və mənim nöqteyi-nəzərdən burada yanılır. Lakin Ukraynaya münasibətdə o, məsuliyyətli beynəlxalq oyunçu kimi daha ehtiyatlı davranır”, deyə Kosaçev bildirib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26