Interposta.Info

Qazax səfirdən İrəvanda ermənilərə -

Siyasət
 7-01-2017, 09:06     920

Qazax səfirdən İrəvanda ermənilərə -

Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz üzvlərinin qorunması barədə nizamnamədə nəzərdə tutulan maddəni ermənilərə xatırladıb.

Səfir Azərbaycan-Ermənistan sərhədindəki olaya KTMT-nin gözlənilən reaksiyanı vermədiyi barədə Ermənistan Prezident Administrasiyasının narazılığı ilə bağlı “Novosti Armenia”yanın sualını cavablandırıb. Səfir açıqlamasında deyib:

“Azərbaycan-Ermənistan sərhədindəki problem Ermənistanla bağlı deyil, Dağlıq Qarabağ ətrafında baş verən problemlə əlaqədardır”.

Səfir daha sonra KTMT-nin nizamnaməsindən sitat gətirib:

“Əvvəla, KTMT nizamnaməsində bütün bu məsələlər aydın şəkildə qeyd olunub. Nizamnamədə qeyd edilir ki, KTMT üzvlərinin birinə qarşı bu quruma üzv olmayan üçüncü ölkə tərəfindən müdaxilə edildiyi halda digər üzvlər dərhal yardım etməlidirlər. Tavuş vilayətinin bir hissəsi Azərbaycanın Ermənistanın nəzarəti altında olan rayonlarıyla həmsərhəddir. Biz əvvəldən dəqiq və bəlli mövqe ortaya qoymuşuq - həm Qazaxıstan, həm Rusiya, həm də digər MTKT üzvləri: Əgər üçüncü dövlətin ərazi problemi ilə bağlı xarici aqressiyası varsa, bu, ayrı məsələdir, ancaq Dağlıq Qarabağla bağlı məsələ tamamilə başqadır.

Qarabağ problemi məsələsində biz KTMT Nizamnaməsinin bu bəndini xüsusi olaraq vurğulayırıq. Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq, onun hərbi həll yolu yoxdur”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26