Interposta.Info

Paşinyan ŞƏT sammitində iştirak etməyəcək

 

Siyasət
 14-09-2022, 21:41     245

Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış vəziyyətlə əlaqədar Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə "NEWS.am”a Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.


Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.

Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bir müddət əvvəl öz Facebook səhifəsində, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın ŞƏT sammitində qonaq qismində iştirak edəcəklərini yazıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26