Interposta.Info

Azərbaycan, Rusiya, İran bu gün Tehranda memorandum imzaladı
 

Siyasət
 22-08-2022, 18:56     259

Rusiya, İran və Azərbaycan bu gün Tehranda tranzit daşımaların asanlaşdırılmasına dair memorandum imzalayıblar.

Qaynarinfo Rosnalt-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İrandakı ticarət missiyasının Teleqram kanalı qeyd edib.

"Bu sənəd xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük prosedurlarının sadələşdirilməsini və sürətləndirilməsini asanlaşdırmalıdır”, - qeyddə deyilir.

Eyni zamanda, "Kommersant” qəzeti xatırladır ki, hələ iyulun ortalarında "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) istifadəyə verilməsi barədə məlumat yayılmışdı, bu barədə 2000-ci ildə müqavilə imzalanıb.

Bu marşrut Rusiya, Hindistan, İranı birləşdirərək, bir hissəsi Azərbaycandan keçir. Yüklər dəniz, çay və dəmir yolu nəqliyyatı ilə daşınacaq.

Ekspertlər bildirirlər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları və Avropanın bağlanması fonunda bu dəhliz Rusiya Federasiyasına malların çatdırılması üçün əsas marşrutdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26