Interposta.Info

Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcəklər?

 

Siyasət
 22-08-2022, 17:20     233

Rusiya mətbuatının yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacaq. Türkiyə lideri Quterreş və Zelenski ilə danışıqların nəticələrini, "Zaporojye AES-dəki vəziyyəti və Ukrayna böhranını" Kremlin sahibi ilə müzakirə edəcək.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Turan Rzayevin fikrincə, Ərdoğan şəxsi nüfuzundan istifadə edərək, Putinlə onun Ukrayna ilə bağlı məzh nələri güzəştə gedə biləcəyini müzakirə edəcək:


"Ərdoğan və Quterreşin Ukrayna Prezidenti Zelenski ilə baş tutan görüşündən belə nəticəyə gəlmək olar ki, Kiyevin məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.Zelenski geri addım atmaq niyyətində deyil. Lvov görüşü ümumilikdə nəticəsiz qalıb. Nə Rusiya, nə də Ukrayna indiki halda geri addım atmaq niyyətindən uzaqdır. Ərdoğan isə həm daxili, həm də xarici məsələlərə görə Kiyevlə Moskvanın razılığa gəlməsinə səy göstərir. Türkiyə Prezidenti həm dünya miqyasında nüfuzunu artırmaq, həm də 2023-cü il seçkilərinə hazırlıq çərçivəsində Rusiya-Ukrayna məsələsinə ağırlıq olaraq xüsusi yer verib. Amma bununla belə, humanitar məsələdə Ərdoğanın fəaliyyətinin müəyyən nəticəsini görsək də, siyasi məsələdə isə bunu müşahidə etmirik. Burada proses dalana dirənib. Tərəflər geri addım atmaq istəmir, döyüşlər bu gün də davam edir. Bu proseslər fonunda deyə bilərik ki, Ərdoğanın Putinlə telefon danışığında əsas məqsədi ən azından Rusiya Prezidentini razı salaraq geri addım atmağa sövq etməkdir. Beynəlxalq hüquqa görə də geri addım atmalı olan məhz Rusiyadır. Ərdoğan şəxsi nüfuzundan istifadə edərək, Putinlə nələri güzəştə gedə biləcəyi məsələsini danışacaq, habelə güzəştə gedə biləcəyi məsələlərin Rusiyanın lehinə olduğunu göstərməyə çalışacaq. Amma vəziyyət onu göstərir ki, Moskva da geri addım atmaq istəmir. Milliyyətçi politoloq Diginin qızına sui-qəsd Moskvanı daha aqressiv mövqe sərgiləməyə səvq edə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26