Interposta.Info

Ərdoğan əsirlərin qaytarılması məsələsini Putinlə müzakirə edəcək

 

Siyasət
 18-08-2022, 21:58     288

Lvovda Türkiyə, Ukrayna liderləri və BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan görüşdə əsirlərin mübadiləsi müzakirə edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu gün baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.

Bundan əlavə, Ərdoğan Türkiyədən Ukraynaya 98 yük maşını humanitar yardımın göndərildiyini, 325 minə yaxın ukraynalının ölkədə müvəqqəti qalmaq üçün qəbul edildiyini də vurğulayıb

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26