Interposta.Info

Putinlə Ərdoğan Qarabağı müzakirə etdi

Siyasət / Ölkə
 13-01-2021, 16:43     517

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"İnterPosta"xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.

Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.

Türkiyənin dövlət başçısı Rusiyanın Qarabağda münaqişə həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26