Interposta.Info

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdi

 

Siyasət / Manşet
 6-05-2021, 11:30     610

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Qarabağ məsələsini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı tərəflər Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26