Interposta.Info

İsevçdən Türkiyəyə ilk ekstradisiya

Siyasət
 11-08-2022, 21:40     304

Türkiyə vetosunu ləğv etdikdən sonra İsveçin ayrı-ayrı şəxslərin ekstradisiyası müqabilində NATO-ya üzv olmaq tələbi ilə Stokholm ilk ekstradisiya ilə bağlı razılığa gəlib.

Bu barədə "İnterPosta""The Guardian”a istinadən xəbər verir.

İsveç rəsmiləri Türkiyənin tələbi ilə həmin şəxsin ekstradisiyasına qərar verib. Bu, Türkiyə ilə İsveç arasında NATO-ya üzvülüklə bağlı razılaşmadan sonra ilk belə haldır.

"Bu, rutin bir məsələdir. Sözügedən şəxs Türkiyə vətəndaşıdır və 2013 və 2016-cı illərdə Türkiyədə dələduzluqda təqsirli bilinib", deyə İsveçin ədliyyə naziri Morqan Yohansson bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmə bu məsələyə adi qaydada baxıb və ekstradisiyaya heç bir maneənin olmadığı qənaətinə gəlib.

Ədliyyə Nazirliyi bu şəxsin Türkiyənin ekstradisiyasını tələb etdiyi şəxslər siyahısında olub-olmadığını açıqlamaqdan imtina edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26