Interposta.Info

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü qarşılığında 3 tələbinin yerinə yetirilməsini istəyir SİYAHI

Dünya
 18-05-2022, 09:20     246

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı vetosunu qaldırması üçün istək siyahısı açıqlanıb.

Avropa.info xəbər verir ki, "Bloomberg" xəbər agentliyinə açıqlama verən və adının gizli saxlanılmasını tələb edən üç yüksək rütbəli türk məmur Türkiyənin tələblərini sadalayıb.

1. İsveç və Finlandiya NATO-ya qəbul edilməzdən əvvəl PKK terror təşkilatı və onun bütün törəmələrini terror təşkilatı elan etməli və bu ölkələrdəki terror təşkilatına rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparılmalıdır.

2. Ankara həmçinin zaman-zaman Türkiyəyə tətbiq edilən müdafiə sənayesi sanksiyalarının və silah embarqolarının qaldırılmasını tələb edir. Bunlara əlavə olaraq Türkiyənin yenidən F-35 proqramında iştirakının təsdiqlənməsi və 40 F-16 Blok, 70 F-16 döyüş təyyarəsi və modernizasiya paketi tələb edir.

3. Türkiyənin digər istəyi Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemini almasından sonra ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyalarını ləğvidir.

"Bloomberg"- ə danışdığı iddia edilən Türkiyə rəsmiləri bəyan ediblər ki, Ankara Yunanıstanın yenidən NATO-ya qəbulunda olduğu kimi səhvi təkrarlana bilməz və ilk növbədə problemlər həll edilməlidir.

Eyni zamanda, tələblərin daxili siyasətlə heç bir əlaqəsinin olmadığı və Türkiyənin milli maraqlarından çıxış etdiyi vurğulanıb.

Qeyd edək ki, "Bloomberg"-ə sızan tələblər bir ilkdir. Türkiyənin indiyədək tələbləri yalnız terror təşkilatları və müdafiə sənayesi embarqoları ilə məhdudlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26