“Türkiyənin bu proqramdan xaric edilməsi NATO-nun cənub cinahını zəiflədəcək” – Hülusi Akar
Türkiyənin milli müdafiə naziri Hülusi Akar qeyd edib ki, Ankara Vaşinqtonun strateji həmkarıdır.
“Türkiyənin beşinci nəsil ABŞ F-35 qırıcılarının yaradılması proqramından xaric edilməsi NATO-nun imkanlarını zəiflədəcək» – bu barədə cümə axşamı, iyulun 18-də Türkiyənin milli müdafiə naziri Hülusi Akar bəyan edib.
«Türkiyənin F-35 proqramından kənarlaşdırılması xüsusilə, NATO-nun cənub cinahına neqativ təsir göstərəcək» – deyə, «Anadolu» agentliyi ondan sitat gətirir.
Nazir onu da əlavə edib ki, Ankara «ABŞ-ın strateji həmkarıdır və bununla əlaqədar olaraq, ona ümid etmək hüququndadır ki, Vaşinqton ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan imtina edəcək…»/azpolitika.info
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26