Interposta.Info

Türkiyə XİN rəhbəri ABŞ Ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüşüb

Dünya
 22-03-2017, 10:04     460

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ Ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib.

"Biz bugünkü görüşünü olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik", - Karr bildirib.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26