Interposta.Info

Azərbaycanı bombalamağa çağıran deputat üzr istədi

Siyasət / Manşet
 29-03-2022, 20:02     421

"Rossiya” telekanalının efirində Azərbaycanı bombalamağa çağıran Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin dediyi sözlərə görə üzr istəyib.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbr verir ki, bu barədə "Moskva danışır” radiostansiyası məlumat yayıb.

Bir neçə gün əvvəl Mixail Delyagin "60 dəqiqə” verilişinin efirində Dağlıq Qarabağda vəziyyətin növbəti gərginləşməsinə görə Azərbaycanı qınayıb və "Bakını cəzalandırmağa” çağırıb. Bundan əlavə, o, çıxışında Azərbaycanın neft mədənlərinin bombalanmasının zəruriliyini bəyan etmişdi.

Delyagin onun sözlərindən "inciyən və təhqir olunan” hər kəsdən üzr istəyib. Deputat onun yanlış başa düşüldüyünü, televiziya verilişinin formatına görə özünə belə davranışa yol verdiyini vurğulayıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Delyaqinin çağırışını şərh edib. O, deputatdan emosiyalarını cilovlamağı və Azərbaycanla bağlı xoşagəlməz bəyanatlar verməməyi xahiş edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26