Interposta.Info

Zelenski: "Rusiya Odessanı bombalamağa hazırlaşır"

 

Dünya
 6-03-2022, 16:57     307

"Rusiya Odessanı bombalamağa hazırlaşır".

Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar burada həmişə isti və səmimi münasibət görüblər. İndi nə? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raketlər? Bu, tarixi bir cinayət olacaq” , - prezident vurğulayıb.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Rusiya genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır və Kiyevi ələ keçirmək ümidi yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26