Interposta.Info

Jirinovski Putinin varislərinin adlarını sadaladı

Dünya
 28-12-2020, 13:04     451

LDPR lideri Vladimir Jirinovski "Rusiya 1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi varisi ola biləcək siyasətçilərin adlarını sadalayıb.

Jirinovskinin dediyinə görə, bu siyahıda 8-9 ad var. Namizəd olaraq, o, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, xarici kəşfiyyat xidmətinin başçısı Sergey Narışkin, keçmiş baş nazir Dmitri Medvedev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun adını çəkib.

Ancaq bununla belə, Jirinovski, özünə eyham vuraraq başqasının varis olacağını söyləyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26