Interposta.Info

Zelenski Ərdoğanla növbəti danışığından yazdı

Siyasət
 4-03-2022, 22:59     372

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiyanın nüvə terroru haqqında məlumat verib və hərbi əməliyyatların dayandırılması məsələsini müzakirə edib.

"İnterPosta" Unian-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter” səhifəsində məlumat yayıb.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla növbəti dəfə danışdım. Türkiyəyə ardıcıl dəstəyə görə təşəkkür etdim. Onu Rusiya Federasiyası tərəfindən davam edən nüvə terrorizmi aqressiyası barədə məlumatlandırdım. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq", - Zelenski deyib.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 4-nə keçən gecə Rusiya qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi ərazini atəşə tutub, nəticədə AES ərazisində yanğın baş verib. Saat 06:20-yə olan məlumata görə, xilasedicilər yanğını söndürüblər. Ölən və yaralananlar barədə məlumat yoxdur./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26