Interposta.Info

Erməni baş redaktor azərbaycanlıların çəkdiyi kadrlardan yazdı (VİDEO)

Siyasət
 13-01-2022, 11:25     813

"Azərbaycan tərəfinin hazırladığı bu videonu dekabrda görmüşəm. Acılar yaşadım, utandım, rəzil oldum. Amma bu haqda danışmaq istəmədim. Bunu danışmamaqsa mümkün deyil”.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Yerevan.Today-ın baş redaktoru Sevak hakopyan öz Feysbuk hesabında yazıb.

O, azərbaycanlıların erməni mövqelərini göstərən çəkilişlərindən danışıb:

"Azərbaycanlılar Laçına gedərək, erməni hərbi mövqelərinə yaxınlaşır və əsgərlərimizin hansı şəraitdə mövqe tutduğunu göstərirlər. Budur erməni xalqının dayaq qalası, özü də müharibə bitdikdən bir il sonra, sülh vəd edən Nikolun dövründə. Üst-üstə yığılmış bir neçə daş, hətta onların arasında hər an ölməyə real hədəf olan əsgərlərimiz də aydın görünür. Mövqelər bəzi vasitələrlə örtülməsinə baxmayaraq, onların, ümumiyyətlə, qorunma məsələsində heç-bir əhəmiyyətinin olmamsı açıq-aydın görünürdü. Erməni əsgəri isə bu şəraitdə dövləti müdafiə edir.

Biz bilirdik ki, əsgərlər bu şəraitdə yaşayır, hərbi mövqelər təchiz olunmur və bunu da bilirik. Bu günlərdə Qafan rayonundan olan əsgərlərimiz onların ağır şəraiti ilə bağlı video yayıblar, hərbi polis onların dalınca gedib və bildirib ki, siz "düşmənə” dövlət sirrini yayırsız. Nikol isə Parlamentin tribunasından qışqırırdı ki, niyə deyirsiz, mövqelər təchiz olunmayıb, siz bununla düşmənə məlumat verirsiniz…

Türk Nikol, bütün bunları daha aydın və yaxşı görür. Azərbaycanlılar bizim əsgərlərdən cəmi 70-80 metr aralıdadır. Onlar bizdən yaxşı görürlər ki, siz bizim əsgəri hansı biabırçı şəraitdə saxlayırsınız və yeri gəlmişkən, nəinki görürlər, hətta gözümüzə soxurlar. Ermənistan rəhbərliyi öz əsgərlərini düşünmür.
Cənab Paşinyan, 44 günlük müharibədən sonra neçə mövqe verdiniz? Sadəcə, mövqeləri təchiz etmədiyiniz üçün nə qədər əsgər şəhid oldu? Dünənki həlak olan əsgərlərimiz nə oldu? O əsgərlərin təhlükəsizliyini düşünməkdənsə, guya onların sağlığına içirsən, mövqelərə gedirsən və problemləri həll etmək əvəzinə, məclis təşkil edirsən, rəqs edirsən, hər şeyin yaxşı olduğunu göstərmək üçün şəkil çəkdirirsən, mövqelərdə güya sakitlikdir və əsgərlər bütün günü məclisdədir, lakin anlamırsan ki, o məclisdə iştirak edən əsgər iki gün sonra ölür.

Siz heç bir hərbi mövqe təchiz etməmisiniz, amma bu müddət ərzində Müdafiə Nazirliyinin əməkdaşlarına təmtəraqlı mükafat vermisiniz, deputatları təltif etmisiniz, sizə səs verən nazirləri, qubernatorları mükafatlandırmısınız, parlamentin spikeri üçün dəbdəbəli avtomobil sifariş verirsiniz. Mövqelərin təminatı üçün pul yoxdur, amma baş nazir Paşinyanın Sevandakı (Göyçə gölündəki) bağının təmiri üçün pul var.

Nikol Paşinyan oğlunın toyuna, Suren Papikyan isə öz toyuna hazırlaşır. Sən isə, əziz əsgər, dünən həlak olan Vahan, Rudik, Artur kimi, 19-20 yaşlı oğlanlarımız kimi Nikolun təhlükəsizliyini öz canınla təmin etməlisən. Bu, bir milli ləyaqət məsələsidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26