Interposta.Info

28 ildən sonra Cəbrayıla ilk qatar yola düşüb? - VİDEO

Siyasət
 18-12-2021, 18:36     180

28 il sonra Cəbrayıl rayonu ərazisindən sərnişin qatarının keçdiyi iddia olunub.

Həmin qatarın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Azərbaycan Dəmir Yolları QSC yayılan videoya münasibət bildirib.

Qurumdan Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə hazırda qatarlar Horadiz stansiyasına qədər hərəkət edir:

“Görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Videodakı qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır”.

Həmin görüntüləri təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26