Interposta.Info

Kəşfiyyat haqqında qanuna dəyişiklik

Siyasət
 30-11-2021, 22:43     340


"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik edilir.

Modern.az-ın xəbərinə görə, dəyişiklik aşağıdakı formada təklif edilir.

Əks kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqi aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanınin əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanınin xəzinə hesabına köçürülür.

Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26