Interposta.Info

İrəvan-Gorus yolu Azərbaycanın nəzarətindədir – Erməni general

Siyasət
 16-11-2021, 19:04     794


Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan bildirib ki, İrəvan-Gorus yolu Azərbaycanın nəzarətindədir. Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Seyran Ohanyan bunu Ermənistanın məğlub olması kimi dəyərləndirib.

"İrəvan-Gorus avtomobil yolu, faktiki olaraq, Azərbaycanın nəzarəti altındadır. Azərbaycan məğlub olmuş Ermənistana təzyiq etməkdə davam edir. Təcrübə göstərir ki, udan tərəf həmişə uduzana diktə edir”.

Ohanyan bildirib ki, hal hazırda Sünik vilayətində durum çox ağırdır. Onun sözlərinə görə, Qafan-Gorus yolunda gömrük-keçid məntəqəsinin quraşdırılması yeni vəziyyət yaradıb. "Azərbaycan əsgəri İşxanasardan Cermuxa qədər irəliləyib. Nəticədə, bu gün Yerəvan-Gorus avtomobil yolu Azərbaycanın nəzarəti altına keçib”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26