Interposta.Info

Ermənistanı gözləyən qorxunc qış: Bakının İrəvana qarşı “məcburetmə əməliyyatı”
 

Ölkə
 24-09-2021, 16:25     120

Ermənistanın xarici çıxışı üçün iki əsas yol var. Lars yolu: Rusiya-Ermənistan tranziti; Gorus-Qafan yolu: İran-Ermənistan tranziti. Qış fəslində Lars yolu keçilməz olur: TIR-lar günlərlə yolda qalır.

Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb.

Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, mandarin kimi meyvə yüklərinin artacağı gözlənilir; bu məhsullar tez xarab olduğu üçün ünvana tez çatmaq uğrunda əsl mübarizə başlayacaq; beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq.

Lars yoluna alternativ yolun 2023-cü ildən tez başa çatması gözlənilmir.

Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir.

Əslində Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var: avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq.

Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın "müsbət cavab verəcəyik” açıqlamaları təsadüfi deyil;

Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.

Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq: Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması problemi həlledilməz vəziyyətə salır; Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s;

Bütün bunlar Bakının İrəvana qarşı "məcburetmə əməliyyatının” tərkib hissəsidir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26