Interposta.Info

Zəngəzur yollarında hazırda vəziyyət necədir?
 

Ölkə / Manşet
 16-11-2021, 12:58     376

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra isə Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub.

"İnterPosta" Qafqazinfo-ya istinadən məlumatına görə, sözügedən tədbirlər nəticəsində Zəngəzur bölgəsindən 6 erməni kəndi təcrid vəziyyətində qalıb. Bunlar Çakaten, Sraşen, Şikaox, Nerkin And, Çav və Şişkert kəndləridir.

Ermənistan mediası yazır ki, hazırda bu kəndlərə Qafan-Mehri dövlətlərarası avtomobil yolu ilə getmək mümkün deyil. Oraya yalnız uzun dolama yol qət edərək getmək mümkündür.

Bütün bunlar isə ölkənin Baş naziri Nikol Paşinyanın "Zəngəzur Dəhlizi” anlayışından nə dərəcədə qorxmasından irəli gəlir.

Xatırladaq ki, Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında Azərbaycan tərəfinin Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmasına münasibət bildirib. Paşinyan qeyd edib ki, erməni tərəfi sözügedən yollardan heç bir maneəsiz istifadə edə bilsə, bu, "dəhliz məntiqi”nə uyğun olardı. Hansı ki, onun sözlərinə görə, Ermənistan üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki, belə olduğu təqdirdə Azərbaycan da Naxçıvana rahatlıqla hərəkət imkanı əldə etmiş olardı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26