Interposta.Info

Ermənistan Azərbaycanla sərhəddə gömrük məntəqəsi tikir

Siyasət
 1-12-2021, 19:14     363

Ermənistan-Azərbaycan sərhəddinin Qafan-Gorus yolu üzərində yeni gömrük-keçid məntəqələri tikilir.

Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib.

O bildirib ki, bu gündən etibarən Qafan-Gorus yolunda gömrük işçiləri fəaliyyətə də başlayıblar. "Hələlik onların əsas funksiyaları müəyyən edilməyib. Gömrük işçilərimiz yolda avtomobillərin yoxlanılması, rüsumların müəyyən edilməsi və bu qəbildən olan işlərlə məşğul olacaqlar. Tezliklə onların daha rahat fəaliyyət göstərməsi üçün Azərbaycanla sərhəddə gömrük-keçid məntəqəsi də inşa ediləcək”.

Badasyan deyib ki, bu günə qədər hər hansı Azərbaycan maşını Ermənistan dövlət sərhəddini keçməyib.

"İndiyə qədər belə bir hal olmayıb ki, Azərbaycana məxsus hansısa avtomobil Ermənistan ərazisinə keçsin və yollardan istifadə etsin. Əgər belə bir hal olarsa, nəzərədə tutulmuş qaydada rüsum tətbiq ediləcək”.

Bu daha çox Ermənistanın Azərbaycana cavabı kimi diqqəti çəkir. Çünki Azərbaycan tərəfi bir müddət əvvəl Ermənistanla sərhəddə yerləşən Qafan-Gorus yolu üzərində gömrük-keçid məntəqələri qurub. Noyabrın 1-dən etibarən təkcə xaricdən yük daşıyan və ya yük aparan maşınlara deyil, həmçinin Ermənistan vətəndaşlarına da yoldan istifadəyə görə, rüsum tətbiq olunub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26