Interposta.Info

Azərbaycan Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaradır
 

İqtisadiyyat / Manşet
 15-11-2021, 11:09     401

Bu gün yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır.

"İnterPosta" "Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti dünən məlumat yayıb.

Buna uyğun olaraq, Ermənistan tərəfi də sərhəd və gömrük keçid məntəqələri yaradacaq.

"Eyni zamanda nəzərinizə çatdırırıq ki, cari ilin sonuna kimi sözügedən hissə üzrə alternativ marşrut xətti hazır olacaq”, - komitədən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26