Interposta.Info

Əfqanıstanı xristian xanım idarə edir? - Sensasion iddia

Siyasət
 14-08-2021, 23:22     274


Talibanın Əfqanıstanı ələ keçirməsinin davam etdiyi vaxtda ölkəni kimin idarə etdiyi ilə bağlı suallar verilməyə başlayıb.

Hazırda Əfqanıstanda prezident postunda Əşrəf Qani əyləşsə də, xanımı Rula Qaninin qəbul edilən qərarlarda iştirakı müzakirə edilir.

Prezident Əşrəf Qani Əhmədzayi ABŞ-da bir universitetdə və Dünya Bankında işləyib. 2009 və 2014 -cü illərdə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. 2002-2004 -cü illərdə Əfqanıstan Həmid Kərzayinin hökumətində maliyyə naziri postunu tutub.

"Foreign Policy” Əşrəf Qanini 2010-cu ildə "Dünyanın 100 ziyalısı” siyahısına əlavə edib. 2013 -cü ildə isə ingilis nəşri "Prospect” onu "Dünyanın ən nüfuzlu ikinci ziyalısı” adlandırıb.

Pəştun Əhmədzayi tayfasından olan Əşrəf Qaninin atası Şahpəsənd 1980-ci illərdə Kabildə bir gəmiçilik şirkətinə rəhbərlik edib.

Əşrəf Qani ilk və orta təhsilini Kabildə bitirərək Livana gedib. Təhsilini Beyrutda Amerika Universitetində davam etdirib. Universitet illərində livanlı Rula ilə tanış olub və onunla evlənib.

Qani 1977-ci ildə Əfqanıstana qayıdıb. Həmin il Nyu-Yorkdakı Kolumbiya Universitetinin təqaüdünü qazanıb və ABŞ -a gedib. Burada doktorluq dərəcəsi alıb. Əşrəf Qani və Rula uşaqları Mari və Tariq ABŞ-da doğulduqları üçün Amerika vətəndaşlığını alıblar.

Bu gün isə Qaninin ölkəsini idarə etməsi məsələsi mübahisəlidir. Yaxın ətrafına görə, o, getdikcə öz sarayında daha da tənhalaşır. Həyat yoldaşı da daxil olmaqla yalnız üç-dörd nəfəri dinlədiyi və hər kəsdən şübhələndiyi bildirilir. Livanlı bir xristian ailəsindən olan, adını "Bibi Gül” olaraq dəyişən və müsəlman olduğunu söyləyən Rula Qaninin həyat yoldaşı üzərində böyük təsirinin olduğu deyilir.

Əfqan qadınların azadlığı uğrunda mübarizəsi ilə tanınan Rulanın prezidentin baş məsləhətçisi olduğu iddia edilir./teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26