Interposta.Info

Lukoşenkoya “Azərbaycanın Dostu” Qızıl Ordeni təqdim edildi (FOTOLAR)

Siyasət
 10-08-2021, 13:33     206

Minsk şəhərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkoya Azərbaycan xalqına qardaş və dost münasibətinə və Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Dostu” Qızıl Ordeni təqdim edilib.

"İnterPosta"xəbər verir ki, "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Minsk şəhərində jurnalistlər, ictimaiyyət nümayəndələri, ekspert və media ictimaiyyəti üçün ənənəvi olaraq media formatda təşkil olunan "Prezidentlə Böyük Söhbət" çərçivəsində keçirilən görüşdə iştirak edib. Tədbidən sonra Baş redaktor "Azərbaycanın Dostu” Qızıl Ordenini Belarus Respublikasının Prezidenti A.Lukaşenkoya təqdim edib.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu ifadə edən E.Nəsirli xalqlar arasında dostluğun dərin tarixi köklərə söykəndiyini vurğulayıb. Əlaqələrin inkişafında hər iki ölkənin rəsmi şəxslərinin xüsusi rol oynadığını xüsusi qeyd edən E.Nəsirli, Azərbaycan Respublikası ilə Belarus Respublikasının dövlət qurumları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib.

Baş redaktor E.Nəsirli A.Lukaşenko ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda və Minskdə keçirdiyi görüşlərin hər iki ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirdikləri strategiyanın uğurlu davamı olduğunu qeyd edib.

A.Lukaşenkoya müraciət edən E.Nəsirli onu da əlavə edib ki, ikitərəfli əlaqələrə qarşılıqlı dəstəyin vacibliyini xüsusi qeyd edən E.Nəsirli, Azərbaycanın qarşılıqlı olaraq Belarus xalqının dostluğuna hörmət və sevgi ilə yanaşdığını, eləcə də bu dostluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə münasibətləriniz, şübhəsiz ki, xalqlarımız arasındakı əlaqələrə müsbət və pozitiv təsir edir", - deyə E.Nəsirli əlavə edib və "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından "Azərbaycanın Dostu "qızıl ordeni ilə təltif olunmağı münasibətilə A.Lukoşenkonu bir daha təbrik edib.

A.Lukoşenko öz növbəsində "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib.

A.Lukaşenko ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.




İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26