Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiyaya gedəcək.
“RİA Novosti” xəbər verir ki, onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
“Paşinyan və Putin Ermənistan-Rusiya strateji gündəliyindəki məsələləri müzakirə edəcəklər. Tərəflər həmçinin, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, Qarabağın əhalisinə humanitar yardımın verilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər”./oxu.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26