Interposta.Info

Ərdoğan: "Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq"

Siyasət
 10-12-2020, 14:21     565

"Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram”.

"İnterPosta"xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

"Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq. Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26