Interposta.Info

ABŞ Heritage Fondu: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"

Siyasət
 24-07-2020, 16:10     336

Amerikanın "The Heritage Foundation"u Beynəlxalq Siyasət Mərkəzinin direktoru Luke Coffey müxtəlif ölkələrdə turistik məqsədlərlə qısa müdətli ev kirayəsi xidmətləri təklif edən www.airbnb.com saytını Dağlıq Qarabağda da ev kirayəsi elanlarına icazə verdiyinə görə şəxsi "Twitter" hesabında tənqid edib.

"İnterPosta" xəbər verir ki, Luke Coffey Dağlıq Qarabağın Azərbaycan ərazisi və Ermənistanın işğalı altında olduğunu qeyd edərək orada təklif edilən evlərin əsl sahiblərinin hüququnun tapdalandığını qeyd edib. O, eyni sözləri Gürcüstanın Rusiya işğalında olan Abxaziya ərazisində təklif olunan evlərə də aid edib.

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26