Interposta.Info

"Ermənilər qəyyumları ilə məsləhətləşib, bu hücumu həyata keçirdi"

Siyasət
 20-07-2020, 16:52     428

"Bu hərəkətlər tək Ermənistanın işi deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Tovuz istiqamətində ermənilərin hücum əməliyyatlarını şərh edərkən deyib. Qabil Hüseynli qeyd edib ki, ermənilər Azərbaycana qarşı kin və nifrətlərini gizlətmirlər, onu hər fürsətdə açıq-aşkar biruzə verirlər:

"Tovuz tərəfdən ermənilərin Azərbaycana hücum ediləcəyini o qədər də gözləmirdik. Həm coğrafi mövqedən, həm də belə bir hücumun baş verəcəyi təqdirdə Ermənistanın işğalçı dövlət olduğunu sübut etmək bir qədər də asanlaşa bilərdi. Görünür, ermənilər hansısa qəyyumları ilə məsləhətləşib, bu hücumu həyata keçirdilər. Onlar bununla Azərbaycan üzərində qələbə qazanacaqlarını, Azərbaycanın strateji xətləri olar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Batumi neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, yenə Bakı-Tbilisi Türkiyə istiqamətində gedən TANAP cənub qaz dəhlizi adlandırılan qaz kəmərlərinə xeyli yaxınlaşaçaqlar. Bakı-Tbilisi-Ceyhanın operatoru Amerikanın və Böyük Britaniyanın ortaq şirkəti olan BP-dir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb, xüsüsən Amerikanın özü tərəfindən göz bəbəyi kimi qorunur. Belə bir avanturaya Ermənistanın düşməsi mümkünsüz görünür. Türkiyənin prezidenti də öz çıxışında eyham vuraraq dedi ki, "Bu hərəkətlər Ermənistanın boyunu aşan hərəkətlərdir". Yəni, bu hərəkətlər tək Ermənistanın işi deyil. Bu nöqteyi-nəzərdən, zənnimcə, bütün nüansları açılmasa da, müəyyən məsələləri ortaya qoymaqla Tovuza hücumun əsl səbəblərini bilmək olar".

Politoloq rusların Cənubi Qafqaz istiqamətində əsgərlərin iştirakı və yüzlərlə döyüş texnikası ilə təlimlərə başlamasına da toxunub:

"Bunlar onu göstərir ki, Rusiya Cənubi Qafqaz, Qara Dəniz, Xəzər Dənizi istiqamətində özünün strateji üstünlüklərini qorumağa çalışır. Və Ermənistanın Tovuz istiqamətində hücuma keçməsi də zənnimcə, Rusiyanın strateji üstünlüklərini qoruyub saxlamağa xidmət edən amillərdən biridir. Rusiyanın Ermənistanla 9 illik imzalanmış hərbi müqaviləsi var. Bu müqaviləyə görə, hərbin bütün sahələrində ikitərəfli əməkdaşlıq mövcud olub. Və istəlinən vaxtda Rusiya Ermənistan ərazisində hərbi baza və qurum yarada bilir. Bundan əlavə, daha bir müqavilə də imazanıb ki, döyüş əməliyyatları zamanı Ermənistan və Rusiyanın hərbi rəhbərliyi böyük əməliyyatlarda birgə hərəkət edirlər"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26