Interposta.Info

Ramiz Mehdiyevin kürəkəni danışdı: “Özbaşına edə bilmərəm...”

Siyasət
 13-12-2019, 09:33     475

“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”.

“İnterPosta.info” xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.

O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:

“Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26