Interposta.Info

Prezident Arif Rəhimzadəni təltif etdi

Siyasət
 3-02-2021, 17:36     416

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə "Şərəf” ordeni ilə təltif edilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 24-də Arif Rəhimzadənin 80 yaşı tamam olacaq. O, 1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışıb. Azərbaycan SSR 11 və 12-ci çağırış Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I - III çağırış Milli Məclisinin deputatı seçilib. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olub. 2011-ci il noyabrın 7-də sonuncu dəfə 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26