Interposta.Info

Türk millət vəkilindən Minsk Qrupuna çağırış: "Erməni işğalına son verilməlidir"

Siyasət / Paradoks
 27-11-2019, 11:58     483

"Qarabağ Azərbaycan torpağıdır, erməni işğalına son verilməlidir".

Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Türkiyənin millət vəkili Mətin Gündoğdu çıxış edib.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli ilə Muğanlı kəndini ziyarət edən millət vəkili Azərbaycanın tarixi torpaqlarına qovuşması üçün mübarizənin siyasi yolla sonlandırılmalı olduğunu vurğulayıb.

Gündoğdu bölgədə qaçqın və məcburi köçkünlərlərə də görüşüb.


"Hazırda burada yaşayan sizlər bu torpaqların mühafizəçilərisiniz. 1988-ci ildə rusların dəstəyi ilə bu vətən işğal edildi. İşğal zamanı minlərlə insan erməni daşnaqları tərəfindən işgəncələrə məruz qaldı. Minsk Qrupu işğal olunmuş torpaqların Azərbaycana qaytarılması üçün danışıqlara başlamalıdır. 1915-ci illə bağlı ssenarilər yazaraq, xəyali ittihamlarla Türkiyəni təzyiq altında saxlamaq istəyənlər var. Ermənistanın törətdiyi Xocalı soyqırımını heç kim unutmayıb. Xocalı faciəsini görməzdən gəlib "1915" üzərindən yalan iddialar irəli sürənlər və onları dəstəkləyənlər ikiüzlüdür. Bizim arximlərimiz sonuna qədər açıqdır. Amma Ermənistan öz arxivlərindən belə qorxur və sənədləri ortaya çıxara bilmir. Amma Qarabağ bölgəsində işğalını davam etdirir. Minsk Qrupuna səslənirəm. Tez bir zamanda Qarabağ torpaqlarını öz övladlarına təhvil verin", - deyə millət vəkili bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26