Interposta.Info

Millət vəkilindən şəhid zabitimizlə bağlı - Çağırış

Gündəm
 31-05-2019, 22:25     10 404

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın Silahlı Qüvvələri bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb.

Millət vəkili hərbi qulluqçumuza Allahdan rəhmət, ailəsi və yaxınlarına səbir diləyib.

Q.Paşayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinə çağırış edərək işğalçı Ermənistanın bu cinayətlərinə səssiz qalmamağa, obyektiv mövqe tutmağa və kəskin etiraz səsini ucaltmağa çağırıb:

“ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırırıq”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26