Interposta.Info

Torpaqlarımızı dərhal azad etməliyik –

Gündəm
 25-02-2017, 14:38     594

Torpaqlarımızı dərhal azad etməliyik –

Xocalı soyqırımını törədən canilərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Türkiyənin İsparta bölgəsində “Türk dünyasının dünəni, bu günü və sabahları. Problemlərimiz və onların həllində birliyin önəmi adlı” adlı konfransda iştirak edib.

Xocalı soyqırımını törədənlərin hələ də ədalət məhkəməsi qarşısında cavab vermədiklərini deyən millət vəkili bu işin Azərbaycanın ən böyük hədəflərindən biri olduğunu qeyd edib:

“20-ci əsrin əvvəlində ermənilər həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlar törətdilər. Ancaq dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşür.

Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxarmırlar. ABŞ və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Xocalı soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26