Interposta.Info

Administrasiya rəsmisi Xocalı soyqırımını törədənlərin adlarını açıqladı:

Gündəm
 10-02-2017, 13:19     607

Administrasiya rəsmisi Xocalı soyqırımını törədənlərin adlarını açıqladı:
Ərəstun Mehdiyev: “Araşdırmaların gedişində cinayətkarlar müəyyən olunub və İnterpol vasitəsilə axtarışa veilib”

“Ermənistanın təcavüzünün aradan qaldırılması uğrunda gedən mübarizə illərində baş verən ən dəşhətli hadisə Xocalı soyqırımıdır. Bu hadisə Ermənistanın siyasi rejiminin törətdiyi ən ağır cinayətlərdən biridir”.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı ilə bağlı müzakirələrdə belə deyib.

Ə.Mehdiyev xatırladıb ki, hələ 1994-cü ilin fevralında Milli Məclisdə Xocalı soyqırımı mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müzakirəyə çıxarılıb və ona hüquqi qiymət verilib. Administrasiya rəsmisi prezident İlham Əliyevin cari ildə imzaladığı sərəncama istinad edərək bildirib ki, hələ də Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməyib.

Ə.Mehdiyev deyib ki, Xocalı soyqırımı erməni canilərinin 100 ildən artıq müddətdə Azərbaycana qarşı həyata keçirdiyi ən qanlı hadisələrdən biridir: “Azərbaycanda bu soyqırım aktı ilə bağlı istintaq aparılıb, 2005-ci ildən sonra bu iş Hərbi Prokurorluğa həvalə olunub və cinayət işi bu gün də davam edir. Araşdırmaların gedişində cinayətkarlar müəyyən olunub və İnterpol vasitəsilə axtarışa veilib. Bu cinayəti törədənlər Ermənistan rəhbərliyində təmsil olunmuş şəxslər, o cümlıədən, keçmiş prezident R.Köçəryan, bugünkü prezident S.Sarksiyan və onların ətrafı, o cümlədən, separatçı rejimin rəhbərliyi, həmçinin hərbi canilər iştirak edib. Serj Sarkisyan özü də bu cinayətin törədilməsində yaxından iştirak etdiyini etiraf edib, bunu stereotipin qırılması kimi qiymətləndirərək özünə bəraət qazandırmağa çalışıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26