Interposta.Info

Xocalı soyqırımı ilə bağlı

Ölkə
 18-02-2017, 08:25     620

Xocalı soyqırımı ilə bağlı
Milli Məclisin deputatı Rövşən Rzayev Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 20-də Fransaya sonra isə Bosniya və Herseqovinaya səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təşkil olunmuş “Xocalı soyqırımı həqiqətləri” adlı konfransda iştirak edəcək. Sözü gedən tədbirə Fransa parlamentinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılacaqlar. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları, o cümlədən Xocalı soyqırımı ilə bağlı çıxışlar nəzərdə tutulub.
Sonra Rövşən Rzayev Xocalı soyqırımı ilə bağlı Sarayevoda keçiriləcək regional konfransda iştirak edəcək. Toplantıda Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri cinayətlər barədə məlumat veriləcək, bu faciəyə beynəlxalq ictimaiyyətin münasibəti, cinayətkarların cəzalandırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, bu faciədə həlak olan günahsız insanların xatirəsi anılacaq.
Səfər fevralın 25-də başa çatacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26