Interposta.Info

Polis Azərbaycan Xalq Hərəkatını qərargahında axtarış aparır

Siyasət
 15-07-2019, 14:07     10 289

“Azərbaycan Xalq Hərəkatının təxminən bir ay öncə yerləşdiyi qərargahda polis axtarış aparımağa başlayıb”. Bu barədə musavat.com-a AXH-nin dönəm sədri Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə, Yasamal rayonu Həsən bəy Zərdabi 78 ünvanında yerləşən qərargaha saat 13-də Yasamal rayon Polis Şöbəsinin bir qrup əməkdaşı gəlib və təcili ofisi boşaltmaq lazım olduğunu deyiblər: “Azərbaycan Xalq Hərəkatının qərargahda olan üzvləri polislərdən səbəbini soruşduqda, onlar dedilər ki, bura Nardaran hadisələrinə görə tutulan Hacı Taleh Bağırzadənin yeridir və burada fəaliyyət göstərməyiniz qanunsuzdur. Halbu ki, həmin ofis tamam başqa bir şəxsə məxsusdur. Bunu nə qədər polisə izah etməyə çalışsaq da AXH üzvlərini polis əməkdaşları dinləmədilər. AXH-nin Qarabağ Komitəsinin iclası keçirilməli idi. İclasa gələnləri və bütün orada olan AXH üzvlərini bayıra çıxardılar. Qərargahda üzvlərin siyahısını və digər sənədləri axtarırlar. Əllərində də qapını bağlamaq üçün möhür var”.

Qeyd edək ki, haqqında söhbət gedən AXH keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təmsil olunduğu qurumdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26