Interposta.Info

Avropa Parlamenti katalon separatçılarının liderini deputat olaraq tanımayıb

Siyasət
 29-06-2019, 09:09     10 365

Avropa Parlamentinin sədri Antonio Tayani Kataloniyanın keçmiş başçısı və separatçıların rəhbəri Karles Puçdemon, habelə regional hökumətin keçmiş müşaviri Toni Kominanı deputat olaraq tanımaqdan imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb. Xatırladaq ki, hər iki siyasətçi bu ilin may ayının 26-da keçirilən seçkilərdə Avropa Birliyinin qanunverici alatasının üzvü olmaq haqqını qazanmışdılar.

Həm K.Puçdemon, həm də T.Komina 2017-ci il oktyabrın 1-də keçirilən qanunsuz referenduma görə həbs olunmaq qorxusu ilə İspaniyadan Belçikaya qaçmışdılar. Onlar haqqında çıxarılan order indi də qüvvədədir.

“Belə görünür ki, sizin adınız seçilən deputatlar siyahısına daxil edlməyib. İspaniya hakimiyyətindən barənizdə gələn məktuba əsasən, mən sizi gələcək parlamentin üzvləri olaraq tanıya bilmərəm,”-deyə Antonio Tayaninin məlumatında deyilir.

Parlament sədri bu məsələsinin həllinin İspaniya hökumətindən asılı olduğunu vurğulayıb.

Avropa Parlamenti katalon separatçılarının liderini deputat olaraq tanımayıb


Karles Puçdemon

Məsələ burasındadır ki, İspaniya krallığının Mərkəzi Seçki Komissiyası hər iki şəxsi Avropa Parlamentinə seçilən deputatlar olaraq qeydə almayıb və onlaırn adlarını Brüsselə göndərməyib.
Avropa Parlamenti katalon separatçılarının liderini deputat olaraq tanımayıb


Antonio Tayani


MSK-nın qərarında həmin siyasətçilərin öncə İspaniyaya gələrək deputat kimi and içmələri gərəkdiyi göstərilib.

Avropa Birliyi və Parlamentinin separatçılara qarşı bu cür həssasiyəti təqdirəlayiq hesab edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26