Interposta.Info

Müxalifət müharibəyə səbəb olmaq və əraziləri təhvil vermək istəyir – Paşinyan

Siyasət
 21-05-2019, 10:54     10 322

Məhkəmə sisteminin problemlərinə həsr olunmuş bugünki müşavirədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, əvvəlki rejimin qüvvələri Ermənistan və Qarabağ əhalisi arasında parçalanma, fikir ayrılıqları və hətta ədavət salmağa çalışırlar.

Əvvəlki rejimin nümayəndələri Ermənistan hökuməti və baş naziri haqqında yalan məlumatlar yaymaq üçün Qarabağdakı əlaqələrindən istifadə etməyə çalışırlar. “Bunun altında hərbi əməliyyatlara səbəb olmaq, əraziləri təhvil vermək və məsuliyyəti Ermənistan hökumətinin üzərinə atmaq niyyəti görürəm. Bu niyyətlərin kökünü kəsmək üçün amansız tədbirlər görəcəyəm”, deyə Paşinyan bildirib.

Həmçinin, parlamentdə 2016-cı il Aprel müharibəsinin hal və şərtlərinin tədqiq edilməsi üzrə qrup yaratmağın vaxtı çatıb./turan

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26