Interposta.Info

ABŞ və Türkiyənin Menbiç razılaşması - Strateji partnyorluq bərpa edilir?

Siyasət
 8-06-2018, 12:18     10 372

Politoloq: “Menbic razılaşmasını ABŞ yerinə yetirsə, təbii ki, Türkiyə - ABŞ münasibətləri düzəlməyə doğru gedəcək”

“Türkiyə bütün dünyaya göstərdiki sərhədlərinin yanında terroristlər tərəfindən heç bir dövlətin yaranmasına imkan verməyəcək. Və artıq sözdən əmələ keçərək bu məsələdə ortaya siyasi iradə qoyaraq güc göstərdi”.

Bu fikirləri politoloq Əhəd Məmmədli Menbiçlə bağlı əldə edilən razılıqdan sonra hazırda olan ABŞ-Türkiyə münasibətlərini Pia.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Vaşinqtonda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında keçirilən görüşdə YPG/PKK terror təşkilatının Suriyanın Menbiç şəhərindən çəkilməsi barədə razılaşma əldə olunub. ABŞ tərəfi tərəflər arasında Menbiçlə bağlı razılığın əldə edilməsini təsdiq edərək bildirdi ki, razılaşmaya əsasən, YPG Menbiçdən geri çəkiləcək və hər iki tərəfin də razılığı əsasında yerli xalqdan bölgəyə yeni rəhbər təyin ediləcək.

Ümumilikdə Türkiyə-ABŞ razılaşması üç mərhələdən ibarətdir. Birinci mərhələdə, iyunun 4-də tərəflər razılaşma sənədi imzalanan vaxtdan başlayaraq 30 gün müddətində PKK/YPG-PYD terrorçuları Menbiçi tərk edəcək. İkinci mərhələdə 4 iyun razılaşmasından sonra, 45-ci günün sonunda Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq. Üçüncü mərhələdə isə, iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Menbiçlə bağlı əldə edilən razılıqdan sonra hazırda ABŞ-Türkiyə münasibətlərini necə dəyərlənirmək olar? ABŞ-ın Yaxın Şərq siyasətində Türkiyənin yer almaması hansı nəticələr doğura bilər və İranla ABŞ-İsrail- Səudiyyə qarşıdurmasında ortaya Türkiyənin qoyacağı mövqe Yaxın Şərqin geosiyasi durumuna necə təsir edə bilər?

Əhəd Məmmədəli: “Menbiclə bağlı razılaşma Türkiyənin diplomatik uğurudur. Amma əsas bundan sonra ABŞ tərəfindən bu razılaşmanın yerinə yetirilməsidir”.

Türkiyə PKK məsələsində zarafat etmədiyini hamıya nümayiş etdirdiyinii vurğulayan politoloq Əhəd Məmmədəliyə görə, bu Azərbaycan üçündə bir nümunə olmalıdır. Azərbaycan da nəhayət sözdən əmələ keçib hər kəsə göstərməlidir ki, torpaqlarının işğaldan azad olunması məsələsində çox ciddidir:

“Menbiclə bağlı razılaşma Türkiyənin diplomatik uğurudur. Amma əsas məsələ bundan sonra ABŞ tərəfindən bu razılaşmanın yerinə yetirilməsidir. Türkiyə bütün dünyaya göstərdiki sərhədlərinin yanında terroristlər tərəfindən heç bir dövlətin yaranmasına imkan verməyəcək. Və artıq sözdən əmələ keçərək bu məsələdə ortaya siyasi iradə qoyaraq güc göstərdi. Çavuşoğlu-Pompeo razılaşmasına məncə həmdə Türkiyənin Kandil əməliyyatının müəyyən təsiri oldu.

Son dönəmlər Suriya və İraqda, qardaş ölkə çox tale əhəmiyyətli hərbi əməliyyatlar keçirdi. İstər Afrin hərbi əməliyyatı istərsədə bu günlərdə keçirilən Kandil əməliyyatını nəzərdə tuturam. Hamı gördü ki, PKK məsələsində Türkiyə zarafat etmirl. Bu Azərbaycan üçün də bir nümunə olmalıdır. Azərbaycan da nəhayət sözdən əmələ keçib hər kəsə göstərməlidir ki, torpaqlarının işğaldan azad olunması məsələsində çox ciddidir. Bax onda hamı bizimlə bizə sərf edən dildə danışmağa başlayacaq.

Əhəd Məmmədəli: “Türkiyənin qoyacağı mövqe, atacağı addımlar Yaxın Şərqin geosiyası durumuna çox güclü təsir edəcək”.

Artıq Yaxın Şərq təkcə ABŞ-ın milli maraqları həll edici rol oynamır. Bu bölgədə Türkiyə, Rusiya, İran və bir çox başqa dövlətlərin maraqları regionun geosiyasi vəziyyətinə təsir edir. Artıq Türkiyə heç kəsin heç bir siyasəti oyunuda yer almır. Türkiyənin regionda öz müstəqil siyasəti var və bura Yaxın Şərq də aiddir. Menbic razılaşmasını ABŞ yerinə yetirsə, təbii ki, Türkiyə-ABŞ münasibətləri düzəlməyə doğru gedəcək. Bu da hər iķi dövlət üçün vacibdir. Fikrimcə hələlik bu iki dövlət bir-birilərinə ehtiyac duyurlar, xüsusən də Suriyada bu ehtiyac açıq şəkildə hiss olunur. Çünki ABŞ-ın Suriyada atdığı bütün addımlar Türkiyə olmadan yarımçıq qalır. Türkiyə isə ABŞ-la qarşıdurmada bir çox strateji manevrlər etyməyə məcbir olur ki, bu da hər iki dşvlətin maraqlarını sonucda təhlükə altına atır.

İran məsələsinə gəldikdə düşünmürəm ki, Türkiyə İrana qarşı hər hansı alyansda yer alacaq. Əksinə İran divara sıxışdırıldıqca Türkiyənin yanına gəlməyə məcbur olacaq. İraqdakı əməliyyatda bunun bir göstəricisidir. İran da öz tərəfindən PKK-nı vurmaq öhdəliyi götürüb. Bu da onu göstərir ki, İran bölgədə Türkiyənin timsalında özünə müttəfiq axtarır. Çünki zamanla Rusiya belə İrandan Suriyanı tərk etməyi tələb edə bilər. Artıq İran və Rusiya arasında soyuqlaşma prosesi müşahidə olunur. Bütün bunlar geosiyasi baxımdan İranı Türkiyədən daha asılı vəziyyətdə qoyur. Yəni yuxarıda bütün qeyd edilənləri nəzərə alsaq Türkiyənin qoyacağı mövqe, atacağı addımlar Yaxın Şərqin geosiyası durumuna çox güclü təsir edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26