Interposta.Info

Ruhaninin Bakıya “İsrail mesajı”na –

Siyasət
 7-02-2018, 11:10     9 711

İran Prezidenti Həsən Ruhani yerli və xarici media üçün keçirdiyi mətbuat konfransında hər şeydən danışıb, Amerikanın bostanına daş atıb, Türkiyənin Afrin əməliyyatını tənqid edib və sonda Bakıya İsraillə bağlı mesaj göndərib.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

“Həsən Ruhani deyib ki, bölgədə kimsə İsrailin İranın düşməni və digər ölkələrin dostu oldğunu düşünürsə, tamamilə səhv edir, İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir. İran prezidenti bu dəfə bizim bostanımıza daş atıb. Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə dövlətlərindən - Rusiya və Ermənistan xristian dövlətləri olduğundan İsraillə əməkdaşlıqlarına göz yuma bilərlər, bölgənin müsəlman dövləti Azərbaycana isə İsraillə dostluq qadağandır! Zənnimcə, bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir, çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb. Bu da bizdən Tehrana mesaj olsun”, - siyasi şərhçi qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26