Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

İran Prezidenti Administrasiyası Azərbaycan prezidenti İlham Əliyevi ölkənin ikinci dəfə prezidenti seçilmiş Həsən Ruhaninin inauqurasiya mərasiminə dəvət edib
Bu barədə “İnterfaks-Azərbaycan” agrntliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
«Biz Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi dəvət göndərmişik. Azərbaycan prezident Ruhaninin inauqurasiya mərasimində yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, H.Ruhaninin inauqurasiyası avqustun 5-də baş tutacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26