Interposta.Info

Ərdoğan-Tramp görüşünün gizli detalları – ABŞ təşvişdə

Siyasət
 29-01-2018, 17:02     10 435

Bu günə qədər “güc yolu ilə istədiyimi edərəm” düşüncəsi ilə hərəkət edən ABŞ-dan Afrin əməliyyatı sonrasında bir-biri ilə üst-üstə düşməyən bəyanatlar səsləndirilib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq”də Məhmət Acetin öz köşəsində yazıb.

Müəllif ABŞ-ın təşvişdə olmasının 3 əsas səbəbini açıqlayıb:

1. PKK-nı terror qruplaşması olaraq qəbul etdiyi halda, Suriyanın şimalında eyni qruplaşmanın əlaltısı olan PYD-YPG ilə əməkdaşlıq etməklə meydana gələn təzad;

2. PKK ilə əməkdaşlıq edərkən Türkiyəni birdəfəlik itirmə ehtimalının Ankara tərəfindən ABŞ-a göstərilməsi və bu ehtimalın yaratdığı təlaş;

3. Daxildə Ərdoğan hakimiyyətini cəzalandırmaq üçün istifadə edə biləcəyi FETÖ kimi vasitənin təsirini itirməsi.

Müəllifin sözlərinə görə, ötən həftə ABŞ prezidentinin Ərdoğana zəng etməsi və baş tutan telefon danışığının mahiyyəti ilə bağlı mübahisələr də məhz həmin bu təlaş halının sübutu olub. Ərdoğan-Tramp danışığının bütün detalları ilə tanış olan rəsmi şəxslə danışdığını bildirən Acet mənbənin fikirlərini belə ifadə edib:

“İki lider arasında görüş davam edərkən Ağ Evdən bəzi rəsmilər Ərdoğana çatdırması üçün Trampın qarşısına davamlı şəkildə bəzi qeydlər qoyurdular. Tramp isə bu qeydlərin heç də hər birinə etibar etmədi. Bəzilərini Ərdoğana çatdırdı, bəzilərini isə dilə gətirmədi. Belə olan halda isə Ağ Evin açıqlamasında Trampın həmin qeydlərin guya hamısını çatdırmış olduğu barədə xəbərlər yayıldı”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26