Interposta.Info

Tramp İlham Əliyev kimi hərəkət etdi

Siyasət
 4-11-2017, 19:09     10 424

ABŞ hökuməti Azərbaycanın yolu ilə gedərək Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü (EİTİ) qurumundan çıxmaq qərarına gəlib.

interposta.info Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycan qurumu bu ilin mart ayında tərk edib. ABŞ-ın bu qurumdan ayrılacağı barədə məlumatı “Bloomberg” nəşriyyatı yayıb.

ABŞ daxili işlər departamentinin nümayəndəsi Qreqori Qould deyib:

“ABŞ hökuməti hasilat sahələrində korrupsiya və EİTİ prinsipləri ilə möhkəmləndirilmiş şəffaflıq idealına sadiqdir”.

Bununla yanaşı Ağ Evin rəsmisi qeyd edib ki, EİTİ ABŞ-dakı hüquq çərçivələrini tam nəzərə almır.
Azərbaycan isə Boqotada qurumun 36-cı toplantısında EİTİ-ni tərk etdiyini açıqlayıb. Bunu isə hökumət komissiyasının və EİTİ üzrə çoxtərəfli qrupun rəhbəri Şahmar Mövsumov bəyan edib.

Şahmar Mövsumov bildirib ki, Azərbaycan ikili standartlara görə daha qurumda qala bilməz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26